Nüfuzlu əhli-sünnə alimi Ayətullah Sistani ilə görüşəcəyi haqda məlumat yayılıb

Az.shafaqna.com xəbər verir ki, Misirin əl-Əzhər Beynəlxalq İslam Mərkəzinin başçısı Şeyx Əhməd Təyyib İraqa səfər edəcək.

Səfər çərçivəsində o, Nəcəf şəhərində Ayətüllah Üzma Seyid Əli Sistani ilə görüş keçirəcək.

Noyabr ayının əvvəllərində baş tutmalı olan görüş onlar arasındakı ilk görüş kimi tarixə düşəcək.

Xəbəri Middle East Al-Monitor yayıb, lakin hələ Ayətullah Sistaninin ofisi tərəfindən təsdiqlənməyib.

Qeyd edilir ki, Şeyx Əhmək Təyyib həmçinin Kərbəla, Bağdad, Mosul və Ərbil şəhərlərinə də səfərlər edəcək, İmamların (ə) pak türbələrini ziyarət edəcək, əhli-şiə və əhli-sünnə alimləri ilə görüşlər həyata keçirəcək.

Bu cür görüşlər zamanı iki məzhəb arasındakı əlaqələr, məzhəblərarası vəhdət zəmini yaradılması müzakirə ediləcək.