Nücabə Hərəkatı Səudiyyə Ərəbistanının ölüm qərarına reaksiya verib

Nücabə İslami Müqavimət Hərəkatının baş katibi Səudiyyə Ərəbistanında iki bəhreynli şiə gəncin edam cəzasına məhkum edilməsinə reaksiya verib. Şeyx Əkrəm əl-Kəabi Səudiyyə Ərəbistanında iki bəhreynli şiə gəncin edam edilməsinə reaksiya verərək, Səudiyyə rejiminin cinayətlərinə qarşı beynəlxalq sükutu tənqid edib və bildirib ki, hərəkat Səudiyyə rejiminin zülmü altında yaşayan məzlum xalqların yanındadır və onların səsi olacaq.

İraqdakı Nücabə İslami Müqavimət Hərəkatının lideri Şeyx Əkrəm əl-Kəabi dünyanın Əl-Səudun fəlakətli və qeyri-insani qətllərindən xəbərsizliyini tənqid edən məqaləsində deyib: “Vəhhabi-təkfirçi rejim Əhli-beyt (ə) ardıcıllarına qarşıdır. Hakimiyyət müxtəlif bölgələrdə yaşayan Əhli-beyt (ə) ardıcıllarına zülmün ən ağır formalarını tətbiq etməyə davam edir."

Müqavimət Hərəkatının lideri açıqlamasında deyib: "Əl-Səud rejimi Bəhreyn və bölgədə günahsız vətəndaşlara qarşı soyqırımını nə vaxta qədər davam etdirəcək? Bu cinayətlərə qarşı susqunluq və laqeydlik nə vaxta qədər davam edəcək? İki bəhreynlini Əl-Səud rejiminin edam edilməsi "məzhəbçi" bir hərəkətdir."

Səudiyyə Ərəbistanının apelyasiya məhkəməsi iki bəhreynli yeniyetmə Cəfər Sultan və Sadiq Samirin edam hökmünü qüvvədə saxlayıb. Səudiyyə Ərəbistanı məhkəməsinin qərarından sonra Bəhreynin Dar Kəlib bölgəsində bir qrup şəxs Səudiyyə hakimiyyətinin sərt qərarına etirazlarını bildirərək nümayişlər keçirib. Dar Kəlib bölgəsindən olan bu iki gənc 8 may 2015-ci ildə Səudiyyə Ərəbistanını Bəhreynlə birləşdirən "Kral Fəhd körpüsünü partlatmağa cəhd" kimi uydurma ittihamlarla həbs etmişdi. İnsan haqları təşkilatları bu iki bəhreynli gəncə Səudiyyə təhlükəsizlik qüvvələri tərəfindən işgəncə verilməsini sənədləşdirib.