Nəticə yönlü müzakirələrdə ciddiyik

İran prezidenti dünən gecə vurğulayıb ki, İran heç vaxt müzakirə masasını tərk etməyib və nəticə yönlü müzakirələrdə ciddidir.

ABNA24 Xəbər Verir, Prezident bildirib ki, nüvə müzakirələri nəticə verməli və qarşı tərəf sanksiyaların ləğvi üzrə hazırlığını ciddi şəkildə göstərməlidir.

İranın elan etdiyi məsələyə sadiq olduğunu deyən Seyid İbrahim Rəisi İran xalqı ilə canlı telesöhbətdə sonra bildirib ki, qarşı tərəfdə də ciddilik müşahidə olunmalıdır.

İran prezidenti daha sonra İranın regional müahidələrdə və Şanxay əməkdaşlıq təşkilatındakı iştirakına toxunub. Vurğulayıb ki, qonşu və region ölkələrilə əlaqə, İran dövlətinin prioritetidir.

Ölkə prezidenti Əfqanıstan olaylarına və Tehranın bu barədəki mövqeyinə də işarə edib. Qeyd edib ki, İranın Əfqanıstandakı strategiyası, sabitlik və birliyin yaradılmasıdır.

İranın Əfqanıstan başçılarından əhatəli bir dövlət təşkilini gözlədiyini bildirən Rəisi deyib ki, həmin dövlətdə bu ölkədə fəaliyyət göstərən bütün qrup və qövmlərin nümayəndələri təmsil olunmalıdır və Tehran buna dəstək verir.

Prezident daha sonra Amerikanın İŞİD terror qrupunu himayə etməsinə və bu terror qrupunun ünsürlərinin Əfqanıstandakı iştirakına işarə edib. Bildirib ki, ABŞ həmişə Əfqanıstan xüsusiyyət təşkil etməklə regionda səbatsızlıq və əmin-amansızlıq ardınca olub.

Əfqanıstan başçılarını İŞİD-in bu ölkədəki cinayətlərilə mübarizəyə çağıran Rəisi vurğulayıb ki, Əfqanıstan bu ölkə xalqının sülh, təhlükəsizlik və asayişdə yaşaması üçün dinc bir vəziyyətə malik olmalıdır.