Ənsarullah: Səudiyyə koalisiyası Yəməndə Əl-Qaidə terror təşkilatına dəstək verir

“Əl Məsirə” telekanalının məlumatına görə, Yəmənin Ənsarullah Hərəkatının siyasi bürosunun üzvü Əli əl-Kəhum deyib: “Bizim uzaqmənzilli ballistik raketlərimiz var. Bunlar sionist rejimin narahatlığına səbəb olub”.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, Əli əl-Kahum Yəməndə müvəqqəti atəşkəs barədə deyib:

“Biz humanitar ölçüləri nəzərə alan və blokadaya son qoymağı hədəfləyən atəşkəsi qəbul etdik, lakin təcavüzkar ölkələr hərbi əməliyyatları gücləndirməkdə israrlıdır”. 

Ənsarullah rəsmisi Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrini Yəməndə Əl-Qaidə terror təşkilatına dəstək verməkdə ittiham edib.

Əli əl-Kahum bildirib ki, Ənsarullah ölkənin suverenliyini müdafiə etməyə hazırdır:

"Atəşkəs siyasi həllə aparan qapıdır, lakin təcavüzkar ölkələr İŞİD və Əl-Qaidəni gücləndirməyə çalışır".