"Ənsarullah" rəsmisi Ədəndəki partlayış ilə bağlı iddiaları təkzib etdi

Yəmənin "Ənsarullah" hərəkatının siyasi bürosunun üzvü Məhəmməd əl-Buhti Mansur Hadi tərəfdarlarının iddialarına münasibət bildirib.

 

Məhəmməd əl-Buhti Ədəndə hava limanında baş verən partlayışla heç bir əlaqələrinin olmadığını vurğulayıb.

 

O, diqqətə çatdırıb ki, baş verən hadisə Ədəndəki Mansur Hadi tərəfdarları ilə muzdlu döyüşçülər arasındakı kəskinləşən münasibətlərin nəticəsidir.

 

"Ədəndəki partlayış ilə heç bir əlaqəmiz yoxdur. Onlar aralarında olan problemlərə bizi də daxil etmək istəyirlər", - deyə Məhəmməd əl-Buhti qeyd edib.