Ənsarullah hərəkatı Səudiyyəyə çağırış edib

Səudiyyə koalisiyası dünən 200 Yəmənli məhbusu azad elədiyini və İsveç sazişinə görə, Səna havalimanındakı uçuşları asanlaşdırdığını bildirib.

Operativ.tv-nin məlumatına görə, Səudiyyə koalisiyası tərəfindən 200 məhkumun azad edilməsindən razı qalan Yəmən Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli Əl-Husi koalisiyanın yəmənli əsirlərə tətbiq etdiyi işgəncəni dayandırmasını və digər məhbusları da azad etməyə çağırıb.

Xatırladaq ki, Səudiyyə rejiminin birbaşa diktəsi ilə hökumət idarə edən Yəmən prezidenti Mənsur Hadi buna etiraz edən xalqa qarşı zor tətbiq etdikdən sonra ölkə boyu kütləvi aksiyalar həyata keçirilmişdi. Xalq Mənsur Hadidən islahatlar həyata keçirməyi və Səudiyyənin tapşırıqlarının yerinə yetirməməyi tələb edirdi. Uzun müddətli aksiyalar zamanı prezidentin əmri ilə xalqa qarşı sıxılan güllə vəziyyəti bir qədər də gərginləşdirdi və Mənsur Hadi ölkədən qaçaraq Səud rejiminə sığındı. Buradan isə öz xalqına qarşı müharibə elan etdi. Bəzi ərəb ölkələrini bu müharibəyə səslədi və yaradılan koalisiya bu gün də Yəməni bombalayır. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.