Nəqliyyat sektorunun göstəriciləri

2020-ci ildə Azərbaycanda yük və sərnişin daşınması əvvəlki illə müqayisədə müvafiq olaraq 19,8 faiz və 42,7 faiz azalıb. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi dəmir yolu nəqliyyatı ilə yük daşınmasının 3,9 faiz, sərnişin daşınmasının 44,8 faiz gerilədiyini bildirir.

Dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmində 2019-cu ilə nisbətən 0,2 faiz artım olduğu, sərnişinlərin sayının 8,1 faiz azaldığı vurğulanır.

Hesabata əsasən, avtomobil nəqliyyatı ilə yük daşınması 28,2 faiz, sərnişin daşınması 39,3 faiz düşüb, metroda sərnişinlərin sayı 68,4 faiz azalıb.

Hava nəqliyyatı ilə 2019-cu ilə nəzərən 78,6 faiz az sərnişin daşındığı, yükdaşımada 2,5 dəfə artım qeydə alındığı xəbər verilir.