Notr-Dam kilsəsinin bərpası üçün 270 milyon avro yığılıb

Aprel ayında güclü yanğın baş vermiş Paris Notr-Dam kilsəsinin yenidən qurulması üçün Fransanın dörd fondu tərəfindən 270 milyon avroya yaxın ianə yığılıb.
 
Vəsaitin toplanmasında 150-dən çox ölkədən yüz minlərlə donor iştirak edib.
 
"RİA "Novosti"nin yaydığı məlumatda bildirilib ki, aprelin 15-də məlum kilsədə baş vermiş dağıdıcı yanğından sonra Fransa hökuməti bərpa işlərinin aparılması üçün vəsait yığımı kampaniyasına start verib.
 
Qeyd edək ki, ekspertlərin qiymətləndirmələrinə görə, kilsənin bərpasına bir neçə yüz milyon avro tələb olunacaq.