Nobel Sülh Mükafatı təqdim edilib

Bu gün Nobel Sülh Mükafatının təqdimat mərasimi keçirilib.

 

Mərasim Norveçin paytaxtı Oslo şəhərində baş tutub.

 

2019-cu il Nobel Sülh Mükafatı Efiopiya Baş Naziri Abiy Əhməd Əliyə təqdim edilib.

 

Baş Nazir Efiopiya və Eritreya arasındakı müharibəni başa çatdırmaq üçün göstərdiyi səylərə görə bu mükafata layiq görülüb.