Nizaminin məzarını açıb, Gəncənin mərkəzində dəfn etmək istəyiblər – TARİXİ FAKT

“1920-ci illərin başlanğıcında proletkultçular köhnə nə varsa hamısını yıxıb-yaxmaq, sovet üslubunda yenidən qurmaq fikrinə düşmüşdülər. Bu ağılsızlıq böyük Nizami Gəncəvidən də yan keçməmişdi”.

Az.shafaqna.com xəbər verir ki, bunu özünün feysbuk hesabında tənqidçi, ədəbiyyatşünas Vilayət Quliyev yazıb.

“Azərbaycan Arxeologiya Cəmiyyətinin Gəncə şöbəsinin fəalları 1922-ci ildə onun məzarını açıb nəşini çıxarmış, Gəncənin mərkəzində dəfn edib üzərində yeni məqbərə tikmək, qarşısında isə şairin heykəlini ucaltmaq qərarına gəlmişdilər. Məqbərəni tikə, heykəli qoya bilməsələr də, goreşən kimi qəbri dağıtmağa imkan tapmışdılar. Kim bilir, bəlkə də bu fəalların önündə qəbir dağıtmağa patoloji sevgisi olan ermənilər gedirmiş… Yalnız Bakı məsələdən xəbər tutandan sonra şairin nəşinin qalıqları yenidən əvvəlki yerində dəfn olunmuşdu…”, – deyə Vilayət Quliyev bildirib.