Niyə mütəxəssis olmayanlar belə Allahın dininə rəy və mülahizələr bildirir?

Bismilləhir Rahmənir Rahim

 

İnsanın bilmədiyi sahəyə rəy bildirməsi özü üçün gülünc və biyabırçı bir situasiyadır. Məsələn tibb təhsili olmayanın həkimlə mübahisə etməsi qeyri etik və yersizdir.
Amma bu dinlə bağlı belə olmur. Bəzi nadan və cahillər həmçinin dırnaqarası ziyalılar Allahın dininə dil uzadır. Hökmlərə qarışır və müdaxilələr edir. Bəs  bunun səbəbi nədir?
Belə dəyərsiz və alçaq xislətli insanlar ona görə dinin ayinlərinə müdaxilə edirlər ki, dini müdafiəsiz və zəif görürlər. Bunun əsas kökü qayıdır o dinin yaxud əqidənin daşıyıcılarına. Deməli o  əqidənin mənsubları o qədər özlərini zəif və zəlil təqdim etmişlər ki, kimlərsə rahatlıqla cəsarət tapır və dinə dil uzadır. 
Təbii ki, ilahi dinin sahibi və qoruyucusu mütləq güc və qüdrətin mənbəyi Allahdır. Allahın o axmaq məxluqu cəzalandırması  çox asandır. 

Əgər Allah istəsəydi onlardan özü intiqam alardı. Lakin  o sizi bir birinizlə imtahana çəkmək üçün ( vuruşmağınızı  əmr etdi). Allah öz yolunda öldürülənlərin əməllərini əsla puç etməz.

Muhəmməd surəsi-  4 

Ey iman gətirənlər!
Əgər  siz Allaha ( Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O, da sizə yardım göstərər və sizi sabitqədəm( cihadda möhkəm və qüvvətli)  edər.

Muhəmməd surəsi- 7

Onlarla vuruşun  ki, Allah onlara sizin əlinizlə əzab versin , onları xar etsin və sizi onlara qalib etsin və möminlərdən (müşriklərdən yaralı) olan dəstənin ürəklərinə şəfa versin.

Tövbə surəsi - 14

Vüsal Nadiroğlu 
Sosial psixoloq