“Nintendo” “Switch” istehsalını ildə 30 mln konsola çatdırmağı planlaşdırır

Yaponiyanın “Nintendo” şirkəti bu il artıq ikinci dəfə flaqman oyun konsolu olan “Switch”in istehsalını artırmağı planlaşdırır.

 

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

 

Qeyd olunur ki, şirkətin istehsal həcmini ildə 30 milyon ədədə çatdırmağı hədəfləyir. Buna qədər “Nintendo” avqustda istehsal güclərini ildə 25 milyon ədəd konsol istehsal üçün artırmışdı. Şirkətdən konsolların istehsalındakı ardıcıl artımın koronavirus pandemiyası səbəbindən yaranmış vəziyyətlə bağlı olduğunu bildiriblər. Belə ki, özlərini evə təcrid edən insanlar aktiv şəkildə oyun konsolları və oyunları almağa başlayıblar və belədə videooyun bazarında tələbat kəskin artıb.