Nigeriyada 250-dən çox məhkum həbsxanadan qaçdı

Eastnews.org-un verdiyi xəbərə görə, Nigeriyanın Plateau vilayətində həbsxanaya silahlı basqın həyata keçirilib.   Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.   Məlumatda vurğulanır ki, basqın zamanı 252 təhlükəli məhkum həbsxanadan qaçmağı bacarıb.   Hazırda məhkumların axtarışına start verilib və araşdırmalar davam edir.