Neymar addım-addım `Barselona`ya

Neymar addım-addım `Barselona`ya

Son gələn məlumatlara görə "Barselona" PSJ ilə Neymarın transferi üçün prinsipial anlaşma əldə edib.

 

Operativ.tv-nin BBC-yə istinadən məlumatına görə, PSJ və "Barselona" rəsmiləri ötən çərşənbə günü Parisdə görüşüb və Neymar məsələsində ortaq razılıq əldə edilib.

 

Keçirilən görüşdə "Barselona" və PSJ 200 milyon avro və 3 futbolçu qarşılığında razılaşıb. Bildirilir ki, bu transferdə yeganə problem sözügedən 3 oyunçunun müəyyənləşdirilməsidir. Bu baxımdan, İvan Rakitiç, Osman Dembele və Jan-Kleyr Todibonun qəbul edəcəyi halda, onlar PSJ-yə icarəyə veriləcək.

Facebook