Netanyahu İsraildə yenidən baş nazir olmaq yolunda ciddi maneələrlə üzləşib

İsrail Knesseti Benyamin Netanyahunun əleyhinə işləyəcək qərar qəbul edib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, İsrail Knessetinin Qanunvericilik Komissiyası, cinayətlərdə ittihamlandırılmış şəxslərin hökuməti formalaşdırmaq hüququnun əlindən alınması ilə bağlı layihəyə səs verib.

Bu o deməkdir ki, hazırda başda korrupsiya olmaqla bir sıra cinayətlərdə ittihamalndırılan və məhkəmə tərəfindən dindirilən Likud partiyasının sədri Benyamin Netanyahunun yenidən baş nazir olmaq üçün qət edəcəyi yol bağlanmış olub.

Qeyd edək ki, İsraildə Naftalı Bennet, Yair Lapid və Beni Qantsın rəhbərlik etdiyi koalisiya hökuməti özünü və Knessetin buraxılması qərarını verib. Fürsətdən istifadə edən Netanyahu gələn oktyabrda keçiriləcək Knesset seçkilərində qalib gələcəyini indidən elan edib. 

Əlavə edək ki, gələn payızda keçiriləcək İsrail Knesset seçkiləri son dörd ildə beşinci olacaq.