Netanyahu İsrail baş nazirinin BMT-dəki çıxışını tənqid edib

İsrailin baş naziri Yair Lapid BMT-nin Baş Assambleyasındakı çıxışında iki dövlətli həll (İsrail və Fələstin) yolundan danışdığı üçün tənqidlərə məruz qalıb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, Yair Lapidin BMT Baş Assambleyasının 77-ci iclasında çıxışı zamanı iki dövlətli həll (İsrail və Fələstin) yolunu dilə gətirməsi sabiq baş nazir Benyamin Netanyahu və sabiq müdafiə nazir Aviqdor Liberman kimi çoxsaylı yerli siyasətçilərin ciddi tənqidi ilə nəticələnib.

İsrail müxalifətinin başçısı, Likud partiyasının sədri Netanyahu bildirib ki, Lapidin bu çıxışı məğlubiyyəti əks etdirən açıqlamalarda dolu olub və İsrailin gələcəyini təhlükəyə atır. Netanyahu əlavə edib ki, o və dostları İsrail hökumətinin yenidən “Oslo anlaşması kimi fəlakətli” razılıqlara getməsinə imkan verməyəcək.

Netanyahu əlavə edib ki, Lapid həm Fələstin, həm də İranın nüvə proqramı məsələsində İsraili təhlükə ilə üz-üzə qoyub.

Həmçinin Avqidor Liberman da oxşar tənqidləri hazırki baş naziri yağdırıb.

Qeyd edək ki, Yair Lapid dünənki çıxışında İsraillə yanaşı “sülhsevər Fələstin dövlətinin olmasının mümkünlüyünü” dilə gətirib.