Netanyahu “İran tərəfindən hücum”la bağlı özü və ailəsinin mühafizəsinin gücləndirilməsini istəyib

İsrailin sabiq baş naziri Benyamin Netanyahu “İran tərəfindən terrora məruz qalmaq”la bağlı özünün və ailəsinin mühafizə müddətinin artırılması və gücləndirilməsini istəyib.

SalamNews bu barədə “The Times of İsrael”ə istinadla xəbər verir.

Mənbə bildirib ki, Netanyahu özünün və ailəsinin mühafizəsinin təmin edilməsinin daha altı ay uzadılmasını istəyib.

O iddia edir ki, özü və ailəsi “İran və digər düşmən dövlətləri tərəfindən təhlükədədir.”

Adıçəkilən İsrail qəzeti bildirib ki, Netanyahunun ofisinin rəhbəri Aşer Hayun bu barədə baş nazir Naftalı Bennetin ofisinə müraciət ünvanlayıb.

İsrail mətbuatı yazıb ki, dekarb ayının 13-də Netanyahu və ailəsinin mühafizəsi ilə bağlı tədbirlərin müddəti bitir.