`Neftçi` də 3 top fərqi ilə növbəti mərhələyə vəsiqə qazanıb - VİDEO

`Neftçi` də 3 top fərqi ilə növbəti mərhələyə vəsiqə qazanıb - VİDEO

"Neftçi" komandası UEFA Avropa Liqasında III təsnifat mərhələsinə vəsiqə qazanıb.

 

Paytaxt təmsilçisi buna II raundun Bakıda baş tutan cavab oyununda Rusiya "Arsenal"nı 3:0 hesabı ilə məğlub etməklə nail olub. "Ağ-qaralar" 49-cu dəqiqədə Rauf Əliyevin vurduğu qolla önə keçiblər. 89-cu dəqiqədə Dario Frederiko penaltini dəqiq yerinə yetirib. Bundan 4 dəqiqə sonra isə Mamadu Mboc son nöqtəni qoyub.

 

Beləliklə, Tulada baş tutan ilk qarşılaşmada rəqibini 1:0 hesabı ilə üstələyən bakılılar yola davam ediblər.

 

Qeyd edək ki, "Neftçi" III təsnifat mərhələsində İsrailin "Bney Yehuda" komandası ilə qarşılaşacaq. İlk matç avqustun 8-də Bakıda, cavab görüşü isə 15-də Təl Əvivdə olacaq.

Facebook