Əndərabda Taliban tərəfindən 3 nəfər güllələnib

Operativ.tv Shia News-a istinadən məlumatına görə, mənbələr bazar günü, mayın 16-da “8 Sobh” qəzetinə bildiriblər ki, Taliban dünən gecə Əndərabda 3 nəfəri işgəncə və döydükdən sonra güllələyib.
Mənbənin məlumatına görə, son dəfə Taliban tərəfindən öldürülənlər arasında Ənamək kəndindən Əbdül-Qafurun oğlu Həsənək kimi tanınan Həsən, Bağdərə kəndindən Qulam Qadirin oğlu Əbdül-Qəni və Olad kəndindən Əmir Əhmədin oğlu Mücahid də var. 
Mənbələr bu şəxslərin Milli Müqavimət Cəbhəsi ilə heç bir əlaqəsinin olmadığını, lakin cəbhə ilə əməkdaşlıq etdiklərinə görə evlərindən qovulduğunu və güllələndiyini təsdiqləyir.
Qeyd edək ki, Dünən Taliban Əndərabda Milli Müqavimət Cəbhəsi ilə əməkdaşlıq etdiyi iddia edilən daha bir nəfəri güllələyib.