Nazim İbrahimovun qardaşı məhkəmə önünə çıxarılır

STS şirkəti və "Sahil-D Kompani" MMC-nin təsisçisi Sahib İbrahimovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Prokurorluq orqanlarından verilən məlumata görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Faiq Qəniyevin icraatına verilib. Məhkəmənin başlayacağı tarix hələ açıqlanmayıb. 

Sahib İbrahimov külli miqdarda pul mənimsəməkdə, vəzifə saxtakarlığında və dələduzluqda ittiham edilir. 

Ona qarşı 17 aprel 2021-ci il tarixində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib. Bir müddət sonra isə onun barəsində həbs qətimkan tədbiri seçilib. 

Sahib İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun və iş adamı hacı İbrahim Nehrəmlinin qardaşıdır.