Navalnı səhhəti ilə bağlı açıqlama verdi

Navalnı səhhəti ilə bağlı açıqlama verdi 
 
Hazırda Almaniyada müalivə alan Rusiyanın müxalifət lideri Aleksey Navalnı səhhətiylə bağlı "İnstaqram” səhifəsində paylaşım edib.
 
O, zəhərlənmədən sonrakı durumu barədə məlumat verib.
 
"Hərkəsə salam, yazan Navalnıdır. Sizin üçün çox darıxıram. Hələ də özüm heç nə edə bilmirəm, amma dünən özüm nəfəs ala bildim. Məhz özüm. Heç bir kömək olmadan, hətta ən sadə cihazdan belə istifadə etmədən. Çox xoşuma gəldi. Çoxunun heç fərqində də olmadığı möhtəşəm bir prosesdir", - deyə Navalnı qeyd edib.
 
Avqustun 2-də Tomskdan Moskvaya uçan müxalifət lideri təyyarədə özünü pis hiss edib və Omska təcili eniş edilib.
 
O, huşsuz vəziyyətdə toksiki zəhərlənmə ilə xəstəxanaların birinin reanimasiya şöbəsinə yerləşdirilib, daha sonra isə müalicəsiylə əlaqədar Almaniyanın Berlin şəhərinə aparılıb. 
 
Navalnı bir aya yaxın idi ki, xəstəxana şəraitində, süni nəfəs aparatına qoşulu vəziyyətdə müalicə alırdı.
 
Alman həkimlər onun zəhərləndiyini deyir, Moskva isə iddiaları rədd edir.
 
Aleksey Navalnı Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun (KMF) qurucusudur.