Navalni həbsdən buraxılıb

Navalni həbsdən buraxılıb

Rusiyanın müxalif siyasətçisi və antikorrupsiya bloqeri Aleksei Navalni 10 günlük həbsdən buraxılıb. 
 
Bu barədə Azadlıq Radiosu məlumat verib.
 
Məlumatda deyilir ki, Navalni  razılaşdırılmamış aksiyada iştirak etdiyi üçün bu cəzaya məhkum edilmişdi.
 
Navalni həbsdən çıxan kimi jurnalistlərə deyib ki, özünün və digər fəalların həbsə salınması qanunsuz olub. Onlar iyunda bir jurnalistin saxlanmasından sonra hakimiyyətə təzyiq məqsədilə keçirilən yürüşə qatılmışdılar.
 
Navalni sentyabrda Moskva Şəhər Dumasına seçkiyə qeydiyyat zamanı problemlərlə üzləşən müstəqil namizədləri dəstəkləyəcəyini bildirib.
 
Müstəntiqlər Navalninin 12 iyun aksiyasından şüar səsləndirdiyini deyirdilər. Araşdırmaçı jurnalist Ivan Golunova dəstək məqsədilə keçirilən yürüşdə 200-dən çox adam saxlanmışdı.
 
Golunov isə iyunun 11-də buraxıldı, ona qarşı narkotik ittihamlarına dəlil olmadığı açıqlandı.
 
Bu il Navalni birinci dəfədir saxlanır. O, son illər 12 dəfə həbs olunub, ümumilikdə 200 gündən artıq həbs cəzası çəkib.

Facebook