NATO yanvarın 24-dən fevralın 4-dək Aralıq dənizində təlimlər keçirəcək

 

NATO ölkələri yanvarın 24-dən fevralın 4-dək “Neptun Strike 22” adlı irimiqyaslı dəniz təlimləri keçirəcək.

APA-nın məlumatına görə, bu barədə cümə günü ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi jurnalistlərə açıqlamasında bildirib.Kirbinin sözlərinə görə, hərbi-dəniz aviasiya, gəmilər, sualtı qayıqların qatılacağı manevrlər NATO-nun dənizdə qarşılıqlı fəaliyyət qabiliyyətini nümayiş etdirmək və təkmilləşdirmək üçün nəzərdə tutulub.

Pentaqon sözçüsü ABŞ-ın təlimlərdə “Harry Truman” təyyarədaşıyan döyüş qrupu ilə təmsil olunacağını deyib: “2020-ci ildə planlaşdırılan sözügedən təlim xüsusilə Aralıq dənizində keçiriləcək”.

Pentaqonun sözçüsü əlavə edib ki, Ukrayna ətrafında baş verən son hadisələrlə əlaqədar təlimin ssenarisində hər hansı dəyişiklikdən xəbərsizdir.