NATO, Türkiyə, İsveç və Finlandiya arasında birgə bəyanat imzalandı

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Türkiyə, İsveç və Finlandiya arasında İsveç və Finlandiyanın NATO-ya üzvlük proseslərinə dair üçtərəfli memorandum üç ölkə liderinin iştirakı ilə imzalanıb.
Memorandumu xarici işlər naziri Mövlud Çavuşoğlu, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto və İsveçin xarici işlər naziri Anne Linde imzalayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinisto və İsveçin Baş naziri Maqdalena Andersson NATO Sammitinin keçirildiyi Madriddəki İFEMA Sərgi Mərkəzində imzalanma mərasimində iştirak ediblər.
İmzalanma mərasimində memorandumla bağlı heç bir açıqlama verilməyib. Yaxın vaxtlarda memorandumla bağlı açıqlama veriləcəyi gözlənilir.