NATO-nun baş katibi: Türkiyənin səfirləri ölkədən çıxarmaq qərarını şərh etmək üçün hələ erkəndir

NATO-nun baş katibi Yens Stoltenberq hesab edir ki, Türkiyənin 10 ölkənin səfirini persona non-qrata elan etməsinə dair qərarını şərh etmək üçün hələ erkəndir.  SalamNews TASS-a istinadən xəbər verir ki, bunu o, Helsinkidə Finlandiya Prezidenti Sauli Niinistö ilə birgə mətbuat konfransında bildirib.

"Türkiyə ilə əlaqəli ölkələr arasındakı təmasların nəticəsi barədə hələ məlumat yoxdur, bir şey söyləmək üçün hələ tezdir", o bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xarici İşlər Nazirliyinə ABŞ, Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç və İsveç səfirlərini "persona non grata" elan etməyi tapşırıb.