NATO-nun baş katibi Putinlə şəxsi görüş istəyir

NATO-nun baş katibi Yens Stoltenberq Rusiya prezidenti Vladimir Putinlə şəxsi görüş keçirməyə hazır olduğunu deyib.

 

Bu barədə "TASS" agentliyi yazıb.

 

Baş katibin sözlərinə görə, o, Putinlə uyğun çərçivə şəraitində görüşəcək.

 

Həmçinin Stoltenberq onu da qeyd edib ki, hazırda alyansla Moskvanın arasındakı münasibətlərdə çətinliklərin olduğu üçün, tərəflərin danışıqlar masasına oturması vacibdir.