Narkotikə qarşı mübarizə apan MBH üzvü narkotikdə ittiham olundu

İki gün öncə, iyulun 7-də mülki geyimlilər tərəfindən naməlum istiqamətə aparılan Ceyrənbatan qəsəbə sakini Müsəlman Birliyi Hərəkatının üzvü, ictimai fəal Hünbətov Razi Karlar oğlnunun saxlanıdığı yer məlum olub.

 

 

Bu barədə Rakurs.tv-yə Vəkili Cavad Cavadovun bildirib.

 

O, vurğulayıb ki, R. Hümbətov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindədir və onun barəsində həbs qəti imkan tədbiri seçilib.

 

Vəkilin sözlərinə görə R. Hümbətov cinayət məcəlləsinin 234.4.3 (Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma) madəsi ilə ittiham olunaraq barəsində cinayət işi başlanılıb.

 

Xatırladaq ki, inanclı gənc narkomaniya ilə bağlı mübarizədə olduqca fəallıq göstərən və nümunəvi həyat tərzinə malik şəxs olub. Yaxınları da elə narkotika biznesinə maneə olan gəncin narkotik ittiihamı ilə saxlanılmasını bunula əlaqələndirirlər.