Nardaran hadisələrindən 5 il ötür - Video

Noyabr ayının 26-ı 2015-ci il tarixində Bakının Nardaran qəsəbəsində qanlı hadisə baş verdi.

 

Polis xüsusi təyinatlıları əməliyyat keçirərək başda "Müsəlman Birliyi Hərəkatı"nın sədri Tale Bağırzadə olmaqla onlarla insanı saxladı.

 

Əməliyyat zamanı 4 nəfər inanclı həlak oldu.

 

Rəsmi açıqlamalarda 2 polisin öldürüldüyü vurğulansa da məhkəmə iclaslarında polisləri kimin öldürdüyü məlum olmadı.

 

Məhkəmə hakimlərinin hökmləri ilə başda Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə olmaqla saxlanılanlar 20 ildən müxtəlif illərə qədər həbs cəzaları aldılar.

 

Hadisələrdən 5 il ötsə də bu gün Azərbaycanda və beynəlxalq səviyyədə həbslərin siyasi sifarişli olduğu vurğulanır.

 

Başda ABŞ Dövlət Departamenti olmaqla bir çox beynəlxalq təşkilat və qurum yaydıqları bəyanatlarda saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb ediblər.

 

26 noyabr 2015-ci ildə baş vermiş Nardaran hadisələri Azərbaycanda və xarici ölkələrdə müxtəlif tədbirlərdə də anılıb.