Namazı Azərbaycan dilində qılmağı təklif edən millət vəkili, jurnalist və ictimai xadim hardasınız?

Bu gün də bir qazi özünü yandırdı. Niyə bundan danışmırsınız? Niyə? 

Artıq 40-a yaxın Qazi özünü öldürüb. Bəlkə bu məsələylə məşğul olasınız? 
Görünür narahat deyilsiniz. Üstündə rahat-rahat gəzdiyimiz bu torpaq üçün canından və sağlamlğından keçənlərin həyat tərzi sizə maraqlı deyil? 
Düşmənin öldürə bilmədiyi igidlərin özlərini yandırması sizi necə narahat etməyə bilər?

Bundan  sonra belə  sizə aid olan məsələlərlə məşğul olun.  Cəmiyyətdə kifayət qədər sosial problemlər mövcuddur. Bu problemlər qala-qala sizə qətiyyən aidiyyəti olmayan mövzulara fikir bildirməyin.
 Xüsusilə dinimiz İslamla bağlı mövzulara toxunmayın. Müqəddəs dinimiz  İslamın hökmlərinə şərh vermək üçün nə  savadınız nə də ki, səlahiyyətiniz yoxdur.

 

Vüsal Nadiroğlu

Sosial psixoloq.