Nablusda İsrail qüvvələri ilə toqquşmada 23 fələstinli yaralanıb

İşğal altında olan İordan çayının Qərb sahilində yerləşən Nablus şəhəri ərazisində İsrail qüvvələri ilə atışma və toqquşmada 23 fələstinli müxtəlif dərəcələrdə yaralanıb və xəsarət alıblar.

Operativ.tv SalamNews -a istinadən xəbər verir ki, xəsarət alan fələstinlilər arasında dörd azyaşlı uşaq da var.

Məlumata görə qarşıdurma İsrail qüvvələrinin “Yusif Peyğəmbərin məqbərəsi” olan kvartala basqın zamanı baş verib.

Nablusun “Şəriqiyyə” massivində fələstinlilər İsrail qüvvələrinə odlu silahlardan qarşılıq veriblər. Burada İsrail qüvvələrinin bir polkovniki yaralanıb.

Qeyd edək ki, İordan çayının Qərb sahili 1967-ci ildən İsrailin işğalındadır. İsrail bölgədə 300-ə yaxın yəhudi yaşayış massivi salıb. Bu massivlərin artması, fələstinlilərin massivləri ətrafında hündür beton divarların salınması, əl-Əqsa məscidinə basqınlar və sair amillər bölgədə qarşıdurmalara səbəb olan əsas amillərdir.