Ən varlı milyarderlər koronavirusa görə bir gündə rekord məbləğ itirib

Dünyanın ən varlı insanları 24 fevral 2020-ci il tarixində ucuzlaşan fond indeksləri fonunda 139 milyard dollar itirib. Bu barədə Bloomberg yazır. Dünyanın ən zəngin 500 insanın bir gündə bu qədər pul itirməsi rekord göstərici olub.  

 

Belə ki, təkcə planetin ən zəngin insanı, "Amazon"nun sahibi Cef Bezos bir sutkada 4,8 milyar dollar itirib. Nəhəng "Microsoft" şirkətinin qurucusu və dünyanın ən varlı insanları siyahısında ikinci yerdə qərarlaşan Bill Qeyts bir gündə 2,3 milyard dollar itirib. Fransanın nəhəng "LVMH" (Louis Vuitton Moet Hennessy) şirkətlər qruppunun baş direktoru, və dünyanın ən varlı insanları reytinqində üçüncü yer tutan Bernan Arno isə bir sutkada 4,8 milyard dollar itirib. 

 

Qeyd edək ki, fevralın 24-də ABŞ-ın əsas fond indeksləri koronavirusa görə rekord şəkildə ücüzlaşıb. 

 

Xatırladaq ki, ötən il dekabrın 31-də Çin hökuməti ÜST-ü Uxan şəhərində naməlum sətəlcəm növünün yayılması ilə əlaqədar xəbərdar edib. Yanvarın 7-də çinli mütəxəssislər xəstəliyi 2019-nCoV koronavirusunun törətdiyini müəyyən ediblər.