Məzari-Şərifdə partlayış olub

Bəlx vilayətinin mərkəzi Məzari-Şərifdə partlayış səsi eşidilib. Operativ.tv Shia News-a istinadən məlumatına görə, bir az əvvəl Bəlx vilayətinin mərkəzi Məzari-Şərifdə partlayış səsi eşidilib.
Yerli mənbələr partlayışın Məzari-Şərifin beşinci rayonunda Xaliqdadxan hökumət məktəbinin yaxınlığında baş verdiyini bildirir.
Bu arada yerli sakinlərdən biri deyib ki, partlayış Talibanın 209-cu diviziyasına məxsus “kaster” avtomobilini hədəf alıb. Mənbənin sözlərinə görə, partlayışa yerləşdirilmiş bomba səbəb olub. Partlayışın mümkün tələfatları barəsində məlumat yoxdur. Bəlxdəki yerli Taliban rəsmiləri hələlik şərh verməyiblər.