Məzahir Pənahov: Budəfəki seçkilərdə rekord rəqəmlər qeydə alınıb

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində əldə olunan rəqəmlər indiyə qədər Azərbaycanda keçirilən seçkilərdə rekord rəqəmlərdir.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov "Seçkinin mediada isiqlandırılması" mözusunda informasiya sessiyasında çıxışı zaman deyib. Onun sözlərinə görə, artıq 1534 namizəd qeydə alınıb.

M.Pənahov bildirib ki, seçkilər müsbət mənada gərgin şəkildə keçir. M.Pənahov seçkilərin işıqlandırılmasında mətbuatın rolun yüksək qiymətləndirib. O qeyd edib ki, mətbuat seçkilərin işıqlandırılmasında mühüm rol oynayır. MSK sədri vurğulayıb ki, KİV yeganə qurumdur ki, seçkilər dövründə əvvəldən axırra qədər seçki komissiyalarının yanındadır: “KİV-lər yeganə qurumdur ki, heç bir akkreditasiyadan keçmədən əvvəldən axıra qədər seçkiləri müşahidə etmək hüququna malikdir”.