Myanma prezidenti istefa verib

Myanma prezidenti U Txin Çjo istefa verib.

71 yaşlı U Txin Çjo 2016-cı ilin martında parlamentdə prezident seçildikdən 2 il sonra istefa verib.

U Txin Çjonun istirahət etmək üçün istefa verdiyi açıqlanıb. Bundan əvvəl prezidentin səhhəti ilə bağlı istefa verəcəyi barədə xəbərlər yayılsa da, Myanma hakimiyyəti bu xəbərləri təkzib etmişdi.

Qeyd edək ki, U Txin Çjo 1962-ci ildə hərbi çevrilişdən sonra hərbiçilərin təmsilçisi olmayan ilk prezident olub. Universitet professoru olan U Txin Çjo həm də Demokratiya Uğrunda Milli Liqanın lideri, Nobel mükafatı laureatı Aun San Sunun yaxın dostu və tərəfdarı olub.

Parlament qarşıdakı 7 gün ərzində yeni prezident seçəcək.

apa