Müxalifətin Əli İnsanovdan gözləntiləri...

Müxalifətin Əli İnsanovdan gözləntiləri...

Partiya sədrləri sabiq nazirin siyasi fəaliyyət imkanlarından danışdılar

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov son günlər müzakirə olunan simalardan birinə çevrilib. Buna səbəb də onun gələn ay Novruz bayramında imzalanacaq əfv sərəncamı ilə azadlığa buraxılacağı yönündə yayılan xəbərlərdir.

Bu müzakirələrin fonunda sabiq nazirin azadlığa çıxdıqdan sonra hansı fəaliyyəti göstərəcəyi suallar doğurur. Əksəriyyət onun siyasətə qatılacağını güman edir. Əslən Qərbi Azərbaycandan olan Ə.İnsanovun əsasən, öz elektoratını ətrafına yığmağa üstünlük verəcəyi iddia olunur.

Belə versiya da səslənir ki, sabiq nazir müxalifət düşərgəsində müxalif qurumlardan, tanınmış siyasətçilərdən ibarət böyük bir birlik yarada bilər.

Demokratik düşərgənin İnsanovdan gözləntilərinin olub-olmamasını öyrəndik.

Ümid Partiyasının sədri İqbal Ağazadə “Yeni Müsavat”a açıqlamasında sabiq nazirin azadlığa çıxmasını çox arzuladığını söylədi: “Birliyi mən yaradıram. Özüm yaratdığım birlikdə də kimlər olmaq istəsə, olarlar. Həmin şəxslər Azərbaycan insanına bərabər münasibət sərgiləməli, ölkəmizin demokratikləşməsini istəməlidirlər. O zaman elə birliklərin təsisçilərindən biri olaram. Kimsə birlik yaratsın, mən də ona qoşulum, bu doğru yanaşma deyil. Əli İnsanovun Allah qapısını açsın. Çox arzu edirəm ki, həbsdə olanların hamısı həbsdən azad olunsunlar. Bilirəm ki, son məsələlərdə Əli İnsanova qarşı münasibət doğru olmayıb. Cəzasının üzərinə 7 il 5 gün əlavə olunması ilə bağlı mövqeyimi ifadə etmişəm. Çıxsın, siyasətlə məşğul olacaqsa olsun.

İqbal Ağazadə ile ilgili görsel sonucu

Cəmiyyət hər şeyi görəcək. Heç kəsin siyasi fəaliyyətinə məhdudiyyət qoyulmamalıdır. Dünəninə görə bu gün siyasətlə məşğul ola bilməz kimi yanaşma kökündən yanlış olardı. Yaxud da ”əvvəl başqa mövqedə olmusan, onun üçün də siyasətlə məşğul ola bilməzsən" kimi düşüncə də doğru olmazdı. İnsanlar tarixin müxtəlif dönəmlərində, vəziyyətlərində, fərqli yaşlarda mövqelərini dəyişirlər. Əli İnsanov da siyasətlə məşğul ola bilər. Mənimlə müttəfiq olacaqmı ya yox sualına indidən cavab vermək olmaz. Bir daha deyirəm ki, Azərbaycanın demokratikləşməsi istiqamətində istənilən şəxslə müttəfiqlik, əməkdaşlıq, funksional əməkdaşlıq etməyə həmişə açıq olmuşuq. Bundan sonra da belə olacaq. Nə olacaqsa, onu gələcək göstərəcək".

tural abbaslı ile ilgili görsel sonucu

Ağ Partiya başqanı Tural Abbaslı heç kəsin bayrağı altında olmayacaqlarını qeyd etdi: “Əli İnsanov zamanında Azərbaycan hakimiyyətinin ən güclü və ən əsas adamlarından biri olub. 2005-ci ildə həbs olunana qədər də bu nüfuzunu qoruyub saxlayırdı. Həmin dönəmlərdə ölkə müxalifətinə qarşı da ən sərt mövqedə dayananlardan biri məhz Əli İnsanov idi. Ancaq həbsindən sonra və həbs müddətində özünün əzmi, səmimiyyəti və qətiyyətiylə həm ictimaiyyətdə, həm də müxalifət düşərgəsində özü barədə düşüncələri müsbətə doğru dəyişə bildi. Əslində yaşını və artıq ilk həbs müddətini başa vurduğunu nəzərə alsaq onun azadlığa buraxılmalı olduğunu düşünürəm. O yaşda insana yenidən cinayət işi açıb həbs müddətini artırılması doğru deyil. Mən də onun növbəti əfv fərmanında azad edilməsini istərdim. Ümid edirəm ki, bu Bahar bayramını evində, doğmalarının yanında qeyd edər. Əli İnsanovun həbsdən çıxandan sonra siyasətə qoşulub-qoşulmayacağını və ya hansı yol tutacağını indidən deyə bilmərəm. Məlum məsələdir ki, onun qərbi azərbaycanlılar arasındakı nüfuzu onu istər-istəməz siyasi fiqur kimi maraqlı və önəmli edir. Ancaq yenə də qeyd edirəm, indidən onun çıxdıqdan sonra atacağı addımları şərh etmək doğru olmazdı. İnşallah azadlığa çıxar, fikirlərini və planlarını açıqlayar, sonra nəsə demək olar. AĞ Partiya olaraq hakimiyyətə qarşı müxalif mövqedə olan istənilən milli qüvvə ilə əməkdaşlıq edə bilərik. Ancaq biz heç kimin bayrağı altına keçmək fikrində deyilik. Müttəfiq və ya əməkdaşlıq isə təbii ki, mümkündür”.

Ä°lgili resim

Vətəndaş və İnkişaf Partiyasının Əli Əliyev: “Son dövrlər bütövlükdə siyasi məhbus məsələsi gündəmə gəlib. Mövcud siyasi məhbus korpusu içərisində Əli İnsanov ən qabarığıdır. Onun haqqında söhbətlərin artması bu səbəbdəndir. Əli İnsanov ciddi siyasi faktordur. İstisna deyil ki, azadlığa çıxsa, siyasi fəaliyyətlə məşğul ola bilər. Bu onun müstəsna hüququdur. Əslində İnsanovun içəridən mətanət nümayiş etdirməsi də bu niyyətdən xəbər verir. Əgər çıxarsa, siyasətdə olmaq qərarı verərsə, onun yerini və statusunu konkret situasiya müəyyən edəcək”.


“Yeni Müsavat”

Facebook