Müxalifət İrəvanın müxtəlif ərazilərində küçələri bağlayır

Ermənistan polisi səhər saatlarından Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə İrəvanın küçələrini bağlayan onlarla etirazçını saxlayıb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, etiraz aksiyaları yerli portallar tərəfindən canlı yayımlanır.

Hazırda fəallar paytaxtın bir sıra mərkəzi küçələrini bağlayır, polis həbsləri davam etdirir, İrəvanda tıxaclar yaranıb.