Mütəxəssis: "Uşaqlara mütləq peyvəndlər vurulmalıdır"

“Heç bir peyvənd ÜST-ün və idxal edən ölkənin icazəsi olmadan digər ölkələrdə vurula bilməz”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov "Yenidoğulmuşlarda görülən xəstəliklər" mövzusunda çıxışında deyib. O bildirib ki, peyvəndlərlə bağlı bütün proseslər istehsalçı ölkə tərəfindən izlənilir: “Uşaqlara mütləq peyvəndlər vurulmalıdır. Bəzən şayiələr səslənilir. Amma rəsmi məlumatlara etibar edilməlidir”.