Müsəlmanların soyqırımına çağırış edən hindu rahib həbs edildi

Baş nazir Narendra Modinin rəhbərlik etdiyi Bharatiya Janata Millətçi Partiyasının 2014-cü ildə hakimiyyətə gəlişindən və 2019-cu ildə Modinin yenidən prezident seçilməsindən sonra müsəlmanlara və digər azlıqlara qarşı hücumlar güclənib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, bazar ertəsi Hindistan polisi ekstremist buddist rahibinin həbs olunduğunu və onun 5 ilə qədər həbs cəzası gözləyəcəyini bildirib.

Yüksək rütbəli bir polis məmuru bildirib: “İfrat sağçı millətçiləri açıq şəkildə dəstəkləyən və eyni zamanda hindu monastırına rəhbərlik edən yüksək rütbəli hindu rahibi müsəlmanlara qarşı nifrət ifadəsi və müsəlmanlara qarşı zorakılığa təhrik ittihamı ilə 14 gün həbsdə saxlanılıb.”

O əlavə edib ki, hindu rahibi rəsmi olaraq bazar ertəsi dinə əsaslanan müxtəlif qruplar arasında düşmənçiliyi təbliğ etməkdə günahlandırılıb.

Keçən ilin dekabrında bir sıra hindu rahibləri Utarkəndda mitinq zamanı müsəlmanlara qarşı soyqırım törətmək üçün öz ardıcıllarını silahlandırmağa çağırıblar. İfadələri əks etdirən videolar sosial şəbəkələrdə yayılıb və izləyicilər tərəfindən geniş şəkildə qınanılıb.

Utarakənd əyaləti baş nazir Narendra Modinin rəhbərlik etdiyi Bharatiya Janata Millətçi Partiyası tərəfindən idarə olunur. Onun 2014-cü ildə hakimiyyətə gəlişindən və 2019-cu ildə yenidən prezident seçildikdən sonra müsəlmanlara və digər azlıqlara qarşı hücumlar güclənib.

Müsəlmanlar Hindistanın 1,4 milyard əhalisinin təxminən 14%-ni təşkil edir.