Müsəlman şagirdə “terrorçu” deyən müəllim işdən qovuldu – ABŞ-da

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, ABŞ-ın Nyu-Cersi ştatında müsəlman şagirlərindən birini – ərəb əsilli Məhəmməd Zubini “terrorçu” adlandıran riyaziyyat müəllimi işindən azad edilib.

İnsident Bergen şəhərindəki Ricfild Memorial məktəbində baş verib.

17 yaşlı müsəlman şagird Zubi ötən həftə diskriminasiyaya məruz qalıb.

“Tapşırığı evdə tamamlaya bilərəmmi” sualına müəllim “Biz terrorçularla sövdələşmirik” deyə cavab verib.

Müəllim araşdırma başa çatdırılanadək işdən uzaqlaşdırılıb.

Qeyd edilib ki, məktəb rəhbərliyi həmin müəllimin məsuliyyətə cəlb edilməsi üçün bütün hüquqi vasitələrdən istifadə etməyə hazırdır.