Müsəlman gənc yanan kilsədən 5 uşağı xilas etdi

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbər verir ki, hadisə nəticəsində 41 nəfər həyatını itirib, 14 nəfər isə yaralanıb.

Misirli gənc müsəlman qəhrəmanlıq sərgiləyərəm kilsədəki yanğından 5 uşağı xilas edib.

İnsanları xilas etmək üçün dərhal kilsəyə girdim… və böyük alov və tüstü ilə qarşılaşdım“, – deyə qonşuluqda yaşayan Məhəmməd Yəhya bildirib.

Onun özü də hadisə zamanı xəsarət alıb.

Müsəlman gənc əlavə edib ki, kilsənin daxilindən qışqırıq səsləri eşitdiyi üçün kilsəyə daxil olub.

Onun sözlərinə görə, içəridəki tüstü nəfəs almağa və görməyə mane olurdu, buna görə də o, köynəyi çıxarıb isladıb və onunla burun və ağzını örtüb.

Məhəmməd Yəhya uşaqları məbəddən çıxardıqdan sonra, yaşlı bir kişini də xilas etmək üçün geri dönüb. Binadan çıxan zaman, yer su olduğu üçün, onların hər ikisi sürüşərək yıxılıb.

Nəticədə Yəhyanın ayağı sınıb. O, xəstəxanaya yerləşdirilib.

Rahiblər xəstəxanada onu ziyarət ediblər, ona öz təşəkkürlərini bildiriblər.