“Müsəlman Birliyi Hərəkatının xalqa olan arzusu...”

Müsəlman Birliyi Hərəkatını bəyan etmək üçün dəryada bir damla misalı olaraq onu sizlərə çatdırmaq istəyirəm. Onun gözəlliyi bundadır ki, milli-mənəvi, islami dəyərləri özündə ehtiva edir. MBH-nin xalqa olan arzusu isə səmimilik, rifah, birlik və sair gözəllikləri diləməkdədir.

Mən də öz növbəmdə Müsəlman Birliyi Hərəkatını yeddi ilik bir zaman mücadiləsində adladığı şərəfli yol münasibəti ilə təbrik edirəm. Hərəkata olan arzularım isə mükəmməl şəkildə fəaliyyət, cəmiyyətin rifahı naminə yorulmadan çalışmaq, ədaləti özünə nümunə, xalqın rifahı üçün mücadiləni davam etdirməkdir. Şübhəsiz, hərəkatın sevilməsi, insanların bu gün də bura üzv olmaq istəyi, dünyanın müxtəlif məntəqələrində sevilməsi İlahi bir lütfdür. Bir daha hər birinizi təbrik edirəm.

 

Seyfəddin Şirvanov.

MBH-nin idarə heyəti üzvü.