Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə üçün ad günü keçirən dindarlar saxlanıldı

Müsəlman Birliyi Hərəkatının Hacıqabul rayonundakı 6 üzvü saxlanılıb.

 

Bu barədə Rakurs.tv-yə saxlanılanların yaxınları məlumat veriblər.

 

Saxlanılan şəxslərin yaxınlarının sözlərinə görə, Hacıqabulda çay evlərinin birində bir neçə inanclı MBH lideri Tale Bağırzadənin 36 yaşın qeyd ediblər.

Hadisədən 3 gün sonra ayın 26-ı Şirvan şəhərindən olan iki dindar Şirvan Polis idarəsinə çağrılıb, həmin gecə orada saxlanılır.

Səhəri gün Hacıqabul polis idarəsinə aparılırlar. Daha sonra elə həmin gün Hacıqabul qeydiyyatında olan 3 dindarı və Şirvan şəhər sakini olan daha bir dindarı Hacıqabul polis idarəsinə gətiriblər. Bu gün səhər saatlarında saxlanılan 6 MBH üzvünə karantin qaydalarını pozmaq adı ilə 30 gün həbs cəzası verilib.
Qeyd edək ki, adıçəkilən rayonlar karantin zonasına daxil deyil.