Müsəlman Birliyi Hərəkatı bəyanat yaydı

Müsəlman Birliyi Hərəkatı Hindistanda buddistlərin müsəlmanlara qarşı qətliamına etirazını bildirən bəyanat yayıb.

 

Operativ.tv bəyanatı olduğu kimi təqdim edir:

 

“Dünya multikultural dəyərlər, dini dözümlülük, dinlərarası münasibətlərin yaxşılaşdırılmasına çağırış etdiyi bir zamanda Hindistanda müsəlmanlara qarşı vəhşi vandallıq akti riqqət və nifrət doğurur. Yalnız günahı müsəlman olduğu üçün öldürülən, yandırılan, döyülüb işgəncə görən, insan ağlının almadığı vəhşiliklər yaşayan Hindistan müsəlmanlarının son ayda yaşadıqları dəhşət saçır. Bununla da kifayətlənməyən buddistlər bir neçə bölgədə məscidlərə od vuraraq Allah evlərini də yandırıblar. Hər gün müsəlmanlara qarşı qətliamlar dayanmadan davam etməkdədir. Bu gün də sanki dözümlülük yalnız müəlmanların vəzifəsi olduğunu düşünən dünyadakı hüquq təşkilatlarının bir neçə müsəlman ölkəsinin çağırış etməsinə baxmayaraq hələ də mövcud hadisədə seyirçi olmaları isə təəssüf doğurur. Bundan öncə də müsəlmanlara qarşı amansız qətliamlar törədən Çinin Uyğur vilayətindəki soyqırımı buddistlərin müsəlmanlara qarşı qəddarlığının təcəssümü idi. Bu gün isə növbəti buddistlərin müsəlmanların haqlı etirazlarını yatırmaq üçün insanlğa sığmayan vəhşiliklər törətməsi qəbul edilməzdir. Bütün bu addımların Hindistan dövlətinin maraq və istəkləri üzündən gerçəkləşməsi və bunun üçün buddistlərə hər növ şəraətin yaradılması göz önünüdədir. Bir neçə müsəlman ölkələri, o cümlədən Dünya İslam Təşkilatlarının müsəlmanların qətliamına etiraz bəyanatlarına baxmayaraq Hindistan dövləti hələ də müsəlmanların qətliamının qarşısını almadan seyirçi mövqeyində dayanmaqdadır. Biz Müsəlman Birliyi Hərəkatı olaraq dünyanın istənilən nöqtəsində insanlıq əleyhinə, o cümlədən müsəlmanlara qarşı cinayətləri pisləyir, Hindistan dövlətindən qətliamı tezliklə dayandırmağı tələb edirik”.