Müsəlman Birliyi Hərəkatı – 7 yaş

Bağışlayan və Mehriban Allahın adı ilə

Bəli, 7 illik keşməkeşli bir tarix. Şəhadət, həbs, işgəncə, dünyasını dəyişən valideynlər, dağılan ailələr, atasız qalan körpələr və s. Və nəhayət qınaq və təzyiqləri özündə ehtiva edən 7 il. Şükr ki, biz hələ ayaq üstəyik. InşəAllah da ömrümüzün sonuna qədər  haqq üçün ayaqda olacağıq.

 

Diz üstə yaşamaqdansa ayaq üstə ölməyi üstün bilirəm.

Emiliano Zapata

Meksikalı İnqilabçı

 

Təbii ki, həyat tamamilə seçim üzərində qurulmuş bir məfhumdur. Kimisi ömrünü çoxlu pul qazanmağa, kimisi əyləncəyə, kimisi şöhrətə, kimisi də haqq uğrunda mübarizəyə sərf edir.

 

Mən çox düşündüm. Fikirləşdim ki, əgər ömrümü ticarətə sərf etsəm nəticədə qazancım bir neçə avtomobil, ev və s  olacaq.  Ona görə qərar verdim ki, ömrümü Allahın dininin mühafizəsinə sərf edim.

Şəhid Qasim Süleymani

 

Aləmlərin Rəbbi olan Allahdan sabitqədəmlik  və dayanqlılıq istəyirəm. Rəbbimiz canımızı haqq yolunda alsın. Haqqımızda şərəfli ölüm – şəhadət yazsın. Amin.

 

“Əgər Allah istəsəydi onlardan Özü intiqam alardı. Lakin sizin bəzinizi digər bəziniz ilə  sınamaq üçün belə edir. Allah yolunda öldürülmüş kəslərin əməllərini əsla itirmir.”

Muhəmməd surəsi – 4

 

 

Hörmətlə,  Vüsal Nadiroğlu

MBH-nin idarə heyətinin üzvü