Müsavat Gənclər Təşkilatının sədri azadlığa çıxdı

Müsavat Partiyası Gənclər Təşkilatının sədri Elman Quliyev azadlığa çıxıb.
 
O, iyulun 19-da 30 sutkalıq inzibati həbs cəzası almışdı.
 
Həmin gün ictimai fəallar Azad Həsənovun məhkəməsinin uzadılmasına etiraz olaraq "Azad Həsənova Azadlıq” şüarı ilə yürüş edib. 
 
Azad Həsənovun məhkəməsindən sonra yürüşə başlayan qrupun qarşısı polis tərəfindən kəsilib və bəzi yürüş iştirakçıları saxlanılıb. 
 
Saxlanılanlardan Müsavat Partiyasının üzvləri Əli Həsənli, Əlikram Xurşidov, Fərid Hüseynli, Tahir Axundov, Namiq Niftiyev və AXCP üzvü Tofiq Məmmədov Nəsimi Rayon Polis İdarəsinə aparıldıqdan sonra sərbəst buraxılıb.
 
Elman Quliyev isə 21-ci Polis Bölməsindən birbaşa məhkəməyə aparılıb və Nəsimi Rayon Məhkəməsi onun barəsində 30 sutka inzibati həbs qərarı çıxarıb.