Mursi yaxın vaxtlarda həbsxanada öləcək

“Müsəlman qardaşları” təşkilatının lideri, hazırda həbsdə olan və təkadamlıq kamerada saxlanılan Məhəmməd Mursi ölüm ayağındadır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, şəkər, yüksək təzyiq və qaraciyər xəstəliyindən əziyyət çəkir.

Mursinin ailəsi Misir hökumətindən ona tibbi yardım göstərilməsini istəyib. Əgər tibbi yardım edilməsə, Mursinin yaxın zamanlarda öləcəyi bildirilib.