Müqtəda Sədr seçki nəticələrinin dəyişdirilməsi ilə bağlı xəbərdarlıq edib

İraqda "Sədr" fraksiyasının lideri bu ölkənin parlament seçkilərinin nəticələrinin hər hansı dəyişdirilməsi ilə bağlı xəbərdarlıq edib.

ABNA24 Xəbər Verir, İraqdakı Sədr fraksiyasının lideri Müqtəda Sədr ölkədə keçirilən parlament seçkilərinin yekun nəticələrinə reaksiyada deyib: "Seçkilər üzrə Ali Komissarlığa parlament seçkilərinin nəticələrinin dəyişdirilməsi üçün təzyiqlər edilir".

Müqtəda sədr bu sözləri elə bir halda irəli sürür ki, İraqın Müstəqil Yüksək Seçki Komissiyasının media qrupunun üzvü İmad Cəmil Möhsün ötən gün bildirib ki, saxtakarlıq ilə bağlı şikayət və müraciətlər, həmçinin səslərin əl ilə sayılması parlament seçkilərinin nəticələrinə böyük təsir göstərib.

Cəmil Möhsün əlavə edib: "Səslərin əl ilə yenidən hesablanmasının yekun nəticələri ədliyyə orqanlarının son müraciətlər üzrə qərarından iki gün sonra və Ali Məhkəmə Şurası tərəfindən bütün şikayətlərə baxıldıqdan və yekun vurulduqdan sonra elan ediləcək və yekun nəticələrin iki gün ərzində elan ediləcəyi gözlənilir".