Müqtəda Sədr istefa verib

Müqtəda Sədr rəhbərlik etdiyi Sədr hərəkatının nümayəndələrini İraq parlamentindən istefa verməyə məcbur etdikdən sonra özü də istefa verib.
Operativ.tv SHAFAQNA TÜRKİYƏ-yə istinadən xəbər verir ki, İraqdakı Sədr Hərəkatının lideri Müqtəda əs-Sədr dünyada və axirətdə “korrupsioner” siyasətçilərlə ortaq olmamaq üçün siyasi proseslərdən çəkilmək qərarına gəldiyini açıqlayıb. 
Sədr hərəkatının lideri öz hərəkatının üzvləri ilə qapalı görüşündə “korrupsionerlər bu seçkilərdə iştirak etsə, növbəti seçkilərdə namizəd olmayacaq” deyə vurğulayıb. 
Həmçinin, Sədr özü partiyasının 73 siyasətçisinə parlamenti tərk etmək əmrini verdikdən üç gün sonra o, partiyasının üzvlərinə parlamentdən istefa vermək barədə qərarından geri çəkilməyəcəyini bildirib.