“Müqavimət terrora və işğala qarşı yeganə seçimdir”

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) Siyasi Bürosunun rəhbəri İsmail Haniyə hər tərəfli müqavimətin Fələstin xalqının strateji variantı olduğunu bildirib və işğalçılarla mübarizə aparmaq üçün fələstinlilərin milli birliyinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Həmas lideri Beyrutda Fələstinin Azadlığı Xalq Cəbhəsinin baş katibi Talal Naci ilə görüşüb.
Görüşdə tərəflər Fələstinlə bağlı sahədə və siyasi arenada baş verən hadisələri, işğal altındakı Qüds və Məscidül-Əqsadakı son vəziyyət, sionistlərin Əqsanı parçalamaq cəhdləri və Fələstin xalqına qarşı təhdidlərini müzakirə ediblər.
Haniyə və Naci, işğalçıların normallaşma və uzlaşma yolu ilə bölgəyə sızma cəhdlərinə işarə edərək, bunun Fələstin məsələsi və bölgə xalqları üzərindəki mənfi təsirlərini araşdırıblar.
Həmas və Xalq Azadlıq Cəbhəsinin Baş Komandanı işğalçılara və onların sui-qəsdlərinə qarşı strateji bir seçim kimi inklüziv müqaviməti vurğulayıblar.