“Müdafiə Xətti”nin həmtəsisçiləri ABŞ-ın Azərbaycandakı səfirliyində olublar

"Müdafiə Xətti"nin təsisçiləri Amerikanın Azərbaycandakı səfirliyində olublar. Bu barədə "Müdafiə Xətti" öz səhifəsində paylaşim edib.
 
"Bu gün “Müdafiə Xətti”nin həmtəsisçiləri Zaur Əkbər və Rüfət Səfərov ABŞ-ın Azərbaycandakı səfirliyində olublar
Səfirliyin yeni təyin olunmuş siyasi məsələlər üzrə müşaviri Dvorak Brettlə ilk iş günündə görüşüb, ictimai-siyasi vəziyyət, insan haqlarının durumu və s. barədə fikir mübadiləsi ediblər.
Son zamanlar söz və fikir, mətbuat və məlumat azadlıqlarına inzibati orqanlar və Baş Prokurorluğun yeni repressiv səhifə açması, azad düşüncəyə görə ictimai fəalların, media mənsublarının ya inzibati həbsə, ya da cəriməyə, xəbərdarlığa məruz qalmaları müzakirə predmeti olub.
Eyni zamanda, son 9 ayda Müsavat Partiyasının və Milli Şura Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun polis tərəfindən saxlanıldıqdan sonra işgəncəyə məruz qalması, verilmiş şikayət üzrə prokurorluqda cinayət işinin rədd edilməsi barədə əsassız qərarın qəbul edilməsi, eləcə də ictimai fəal Bakhtiyar Hajiyevin hakimiyyət dairələrinə bağlılığı şübhə doğurmayan cinayətkar dəstə tərəfindən oğurlanaraq işgəncəyə məruz qalması və fakta görə başlanmış cinayət işi üzrə mühüm istintaq hərəkətlərinin aparılmaması, cinayətkarların dairəsinin müəyyənləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılmaması, jurnalist Ayten Memmedova bıçaqla təhdid olunmasına görə başlanmış cinayət işi ilə əlaqədar hər hansı nəticənin olmaması barədə “Müdafiə Xətti”nin narahatçılğı ifadə edilib.
Bundan başqa, VİP-sədri Əli Əliyevin, hüquqşünas İlham Aslanoğlunun, jurnalist Abid Qafarovun qanunsuz mühakiməsi, Almaniyadan deportasiya edilib, əsassız surətdə cəmiyyətdən təcrid olunan fəalların məsələsi müzakirə mövzusu olub.
Görüşdə ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə sabiq müşaviri Ceremi Brenner də iştirak edib."